Qurbanov Tiranada: "Bizi çətin oyun gözləyir..."

09-07-2019 [21:15]
"Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir".

Mia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyada "Partizani" ilə keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

O, bildirib ki, komandası qələbəyə oynayacaq: "Biz burada qələbə istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar".

Xatırladaq ki, oyun sabah Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.


SON XƏBƏRLƏR