"Avropa İttifaqı və Azərbaycan ildən-ilə bir-birinə daha da yaxınlaşır" - Tusk "Tvitter"də yazdı

img

09-07-2019 [18:44]


"Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz bir ölkədir".

Mia.az xəbər verir ki, bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk özünün Tvitter hesabında yazıb.

Donald Tusk qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan ildən-ilə bir-birinə daha da yaxınlaşır: "Bu gün mən Avropa İttifaqının əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğunu bir daha vurğuladım”.

Digər xəbərlər
SON XƏBƏRLƏR