Dibçəkdə narkotik becərən şəxs tutuldu

09-07-2019 [18:37]
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vladimirovka kənd sakini 41 yaşlı Taleh Balayev saxlanılıb. 

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı, böyürtkən kolları arasında T.Balayev tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək dibçəklərdə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.


SON XƏBƏRLƏR