Prezident Fərman Salmanovla bağlı sərəncam imzaladı

img

09-07-2019 [16:44]


Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. 

Mia.az  xəbər verir ki, sərəncama əsaəsn, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün "Fərman Salmanov adına təqaüd” təsis edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmasını təmin etsin;

2.2. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verilməsini təmin etsin;

2.3. bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən adlı təqaüdün verilməsi qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR