Avropa İttifaqı “sərt Brexit” üçün büdcə maliyyəsini təsdiq edib

img

09-07-2019 [16:11]


Avropa İttifaqı (Aİ) Şurası Böyük Britaniyanın saziş imzalamadan qurumun üzvlüyündən çıxması ("Brexit") ehtimalını nəzərə alaraq bu ilin büdcəsinin ehtiyat variantını qəbul edib.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, həmin variantın məqsədi "sərt" "Brexit”in kənd təsərrüfatı, elmi tədqiqatlar kimi bir sıra sahələrə mənfi təsirini yumşaltmaqdır. 

Aİ Şurası həmçinin Böyük Britaniyanın cari il üçün üzvlük haqqı ödəyəcəyi müddətdə "Brexit”ə qədər imzalanmış müqavilə və qərarlar üzrə britaniyalı benefesiarlara ödənişlərin davam etdiriləcəyini nəzərə alıb. Xatırladaq ki, bu fövqəladə tədbirlərə Avropa Parlamenti bu il aprelin 17-də razılıq verib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR