NATO-nun ekspert qrupu Azərbaycana gəlib

09-07-2019 [15:25]

Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun ekspert qrupu ilə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin professor-müəllim heyəti arasında görüş keçirilib.

Mia.az MN-ə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq, iyulun 10-dək davam edəcək tədbirdə NATO-nun ekspert qrupu tərəfindən distant təhsilinin prinsipləri, onun platformasının və təhsil modullarının yaradılmasına dair təqdimatlar verilir və praktik məşğələlər keçirilir.



SON XƏBƏRLƏR