Komitə sədrindən zəhərlənməsi xəbərinə reaksiya: "Nə bioloji, nə kimyəvi..."

09-07-2019 [13:37]

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli zəhərlənməsi ilə bağlı bəzi mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir illiyinə həsr olunmuş mətbuat konfransında bu barədə danışıb.

"Bu günə qədər bioloji, kimyəvi heç bir zəhərlənməyə məruz qalmamışam. Bu adamların nə yazmasından asılı olmayaraq, ölkədə qida təhlükəsizliyini bərqarar edəcəyik. O adamlar nəfəslərini boşuna tükətməsinlər”, - deyə sədr qeyd edib.



SON XƏBƏRLƏR