Əmək pensiyaları artırıldı - Dəyişiklik qəbul olundu

09-07-2019 [12:38]
Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik parlamentin bugünkü iclasında ikinci oxunuşda qəbul olunub.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.


SON XƏBƏRLƏR