Azərcell yeni mobil tətbiqini abunəçilərin istifadəsinə verib

09-07-2019 [12:12]
Azərcell yeni mobil tətbiqini abunəçilərin istifadəsinə verib.

Şirkətdən Mia.az-a verilən məlumata görə, həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store və ya Play Store-dan Azercell/Kabinetim açar sözünü axtarışa verməklə, ödənişsiz olaraq yükləmək mümkündür.

Tətbiq istifadəçilərə nömrə xəttinin idarəedilməsi, balansa nəzarət, balans artırma, İnternet paketlərinin və Rominq internet paketlərinin aktivləşdirilməsi, tarif paketinin dəyişdirilməsi və bir çox başqa imkanlar təqdim edir.


SON XƏBƏRLƏR