Qazaxıstanda aksiya: 100-dən çox etirazçı tutulub

09-07-2019 [11:21]
Qazaxıstanda iyulun 6-da keçirilən icazəsiz mitinqlərdə 100-dən çox adam saxlanılıb.

RİA "Novosti" xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev məlumat verib.

"İyulun 6-da ölkədə - Nur-Sultan və Almatı şəhərlərində keçirilən icazəsiz mitinqlərdə 100-dən çox adam saxlanılıb: 44 nəfər inzibati məsuliyyətə cəlb olunub, 19 nəfər inzibati həbs cəzasına məhkum edilib, 23 nəfərə inzibati cərimə tətbiq olunub, qalanları ilə profilaktik söhbət aparıldıqdan sonra evə buraxılıblar", - Y.Turqumbayev deyib.

Xatırladaq ki, iyulun 6-da etiraz aksiyasına qoşulmaq üçün küçələrə çıxmaq çağırışını Qazaxıstan ekstremist hərəkat hesab edilən "Qazaxıstanın Demokratik Seçkiləri" hərəkatının Fransada yaşayan lideri Muxtar Ablyazov sosial şəbəkələr vasitəsilə edib. Qazaxıstan Daxili İşlər Nazirliyi daha əvvəl icazəsiz mitinq iştirakçılarından travmatik silah və tüstü bombaları müsadirə edildiyini açıqlayıb/Report.


SON XƏBƏRLƏR