Bakı - Tbilisi qatarı qəzaya uğrayıb - İddia + Açıqlama

09-07-2019 [10:51]
"Bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermiş hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb.

Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir:

"Ötən gecə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib. Hadisədən sonra təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınb".

Qurumdan qeyd ediblər ki, hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olamayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməyib.

Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir.

***

Ötən gecə Bakı - Tbilisi qatarı qəzaya uğrayıb. 

Mia.az Yenisabah-a istinadl xəbər verir ki, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən hissəsində baş verib.

Qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatar hərəkətinə davam edib. Əraziyə xüsusi təyinatlı qatar gəlib və ərzaidə təmir işləri aparılır. 

Qəza zamanı yaralananların olub-olmaması haqda məlumat yoxdur.




SON XƏBƏRLƏR