Masallıda dəhşətli qəza: 7 nəfər öldü, yaralı var + ADLAR

img

09-07-2019 [10:41]


Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı rayonunda "Mercedes” markalı mikroavtobusla "KamАz" markalı yük avtomobilinin  toqquşması barədə məlumat yayıb. 

Nazirlikdən Mia.az-a verilən məlumat görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Onlar mikroavtobusda olan 7 nəfərin meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Masallı rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 6-nın adı məlum olub. 

Mia.az "Report”a istinadla bildirir ki, bunlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahid Atalı oğludur.  

Qəza nəticəsində daha bir nəfərin yaralandığı məlum olub. O, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.

Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR