Nazir səfirlə fikir mübadiləsi aparıb

08-07-2019 [20:50]
Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul edib.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir V.Maniq etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Almaniyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


SON XƏBƏRLƏR