Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi layihəsi çərçivəsində dəyirmi masa keçirilib

08-07-2019 [18:14]
Iyul ayinın 5-də «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Astara rayon Gənclər Evində "Milli maraqların müdafiəsi: sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

Mia.az xəbər verir ki, layihə rəhbəri Sevinc Kərimova layihənin məqsədinin sosial şəbəklərdən istifadə edən vətəndaşlarımizla milli mənafeyimiz və dövlətimizın təhlükəsizıyi ilə bağlı mövzularda müzakirələr aparmaq oldugunu bildirib və mövzu haqqında ətraflı çıxış edib.

Astara rayon Gənclər və İdman idarəsinn rəisi Ərça Əliyev, Gənclər və İdman idarəsinn baş inspektoru Elnur Qurbanlı, Astra rayon Pedoqoji Kolecinin müəllimi Vüsalə Dünyamalıyeva mövzu ilə bağlı çixiş etdilər.

40 nəfərdən çox rayon sakini iştirak etdiyi dəyirmi masa çay süfrəsi ilə davam edib.

Qeyd edək ki, "Milli maraqların müdafiəsi : sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Analoji tədbirlər iyun ayının 20-də Beylaqan rayonunda keçirilib, iyul ayının 19-da Ağstafa və 2 avqust tarixlərində Bərdə şəhərlərində keçirilməsi planlaşdırılıb.


SON XƏBƏRLƏR