Bu istirahət mərkəzləri cərimələndi - SİYAHI

08-07-2019 [15:58]

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakının Türkan qəsəbəsi ərazisində tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və "Voyaj”, "Park Riyad”, "Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



SON XƏBƏRLƏR