İran Avropaya 60 gün vaxt verdi

08-07-2019 [15:18]
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə məktub göndərib.

Mia.az NTV-yə istinadla bildirir ki, nazir məktubunda İranın "nüvə sazişi” ilə bağlı nəzərdə tutulan 20 faizlik həddi aşacağı vurğulanıb.

Nazir bunu etməmək və sazişdə nəzərdə tutulan müddəalara əməl etmək üçün Avropaya daha 60 gün vaxt verdiklərini bəyan edib. Əlavə olunub ki, bu, sonuncu vaxtdır: "Həmin müddət başa çatdıqdan biz yekun məqsədimizi açıqlayacağıq".


SON XƏBƏRLƏR