AKP-nin "Ağır top"u istefa bəyanatı yaydı: "Dərin fikir ayrılıqları yaşayırdıq"

08-07-2019 [15:09]

Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Əli Babacan bu gün hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.

Mia.az xəbər verir ki, o, bu barədə yazılı açıqlama yayıb.

Bildirib ki, qurucu olduğu partiyadan 18 il sonra ayrılmasının ciddi səbəbləri var: "Son illərdə bir çox sahələrdə tətbiq olunan addımlarla inandığım dəyərlər arasında dərin fərqlililklər yarandı. O üzdən daxilən bir ayrılıq yaşayırdım".

Türkiyənin yeni sınaqlarla üz-üzə qaldığını deyən Babacan bildirib ki, ölkənin yeni bir sistemə, strateji planlara ciddi ehtiyacı var.

Babacan yeni partiya quracağı haqda yayılan xəbərləri də dolayısı ilə təsdiq edib.

Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.

Son aylar onun adı sabiq prezident Abdullah Güllə birlikdə yeni partiya quruculuğunda hallanırdı.



SON XƏBƏRLƏR