Bakıda hosteldə əcnəbi vətəndaşın pulu oğurlanıb

img

08-07-2019 [12:32]


Bakıda hosteldə əcnəbi vətəndaşın pulu oğurlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR