Qardaşının arvadını öldürdü, sonra özünü vurdu - Abşeronda dəhşətli hadisə

img

08-07-2019 [12:14]


Abşeron rayonunda qətl hadisəsi baş verib.

Hadisə Qaqarin küçəsi, bina 1 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib. Hadisə nəticəsində A.Kazımova ölüb.

1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR