Gimnastlarımız 5 medal qazandı

img

08-07-2019 [11:40]


Bu gün Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Mia.az-a verilən məlumata görə, ölkəmizi bu yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.

Bildirilib ki, gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar.

Belə ki, Yelizaveta çoxnövçülük xallarına əsasən ilk olaraq bürünc medal qazanıb. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə isə top və lent ilə çıxışları gimnastımıza qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.

Fatimə isə lent ilə çıxışlarına görə bürünc medala sahiblənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR