Neftçalada yol qəzası olub, ölən və xəsarət alanlar var

img

07-07-2019 [18:01]


Neftçala rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Tatarməhlə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes” markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza nəticəsində Salyan şəhər sakini - 1966-cı il təvəllüdlü Hüseynova Əminə Davur qızı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Salyan rayon sakinləri - 1964-cü il təvəllüdlü Hüseynov Eldəniz Fərman oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Samir Şəmsəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR