Mehriban Əliyeva Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasından yazdı

07-07-2019 [17:08]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətilə təbrik edib.

Mia.az Birinci xanımın "İnstagram”da səhifəsindəki təbrikini təqdim edir: 

"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. 

Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!".



SON XƏBƏRLƏR