Cəlilabadda qanlı ədavət: "Məşədi Elçin” və oğlu tutuldu + FOTO

img

07-07-2019 [16:27]


Cəlilabadda polis ədavətin qanlı hadisə ilə bitməsinin qarşısını alıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini Ş.Mahmudov DİN-in "102” xidməti-zəng mərkəzinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlu tərəfindən isə ona xəsarət yetirildiyini bildirib. 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini, əvvəllər məhkum edilmiş, cinayətkar aləmlə əlaqəli olan və "Məşədi Elçin” kimi tanınan Elçin Muradov, oğlu Nicat Muradlı və qaynı Çingiz Rüstəmov aralarında xeyli vaxt əvvəldən olan ədavətlə bağlı bıçaq və yumruq zərbələri ilə Ş.Mahmudova xəsarət yetiriblər.

 E.Muradov və oğlu N.Muradlı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan E.Muradovun yaşadığı evdə odlu silah saxlaması ilə bağlı məlumat daxil olduğundan həmin evə baxış keçirilib və dolabın içərisindən bir ədəd "Makarov” markalı tapança, həmin tapançaya aid bir ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR