Göyçayda 3 kənddə otlaq və taxıl sahələri yanır - 4 rayondan texnika və canlı qüvvə əraziyə gətirilib

07-07-2019 [15:26]
Göyçay rayonunda biçilmiş və otlaq sahələrinə od düşüb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Bığır, Qarayazı və Alxasava kənd ərazisində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay, Ucar, Ağsu və İsmayıllı rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub. 

Hava şəraiti küləkli olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb. Mingəçevirdən Bakıya çəkilmiş magistral elektrik xətləri yanğından xüsusi olaraq mühafizə edilir. 

Göyçay Dövlət Yanğından Mhafizə Hissəsindən "Report”a bildirilib ki, alovun yayıldığı ərazi 100 hektara yaxındır.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR