Sumqayıtda qumbara ilə gəzən keçmiş məhkum saxlanıldı

06-07-2019 [13:10]

Sumqayıt sakinindən əl qumbarası götürülüb. 

DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçiridkləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Şəxsi axtarış zamanı ondan alışqanı ilə birlikdə "F-1” qumbarası aşkar edilərək götürülüb.

Polis bölməsində aparılmış araşdırmalarla onun Sumqayıt şəhərininH.Z.Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotiklərlə əlaqəli və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ağakərim Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



SON XƏBƏRLƏR