Nərimanovda bina uçdu: təhlükəsizliyə əməl olunmadan söküntü gedir - VİDEO

06-07-2019 [12:47]
Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub.

Mia.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb.

Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:

"Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina hazırda sökülür.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda 30 ailənin bu binada təhlükəli vəziyyətdə yaşaması barədə reportaj yayımlanmışdı. 



SON XƏBƏRLƏR