Bakıda keçmiş məhkum arvadı ilə birlikdə tutuldu

img

06-07-2019 [11:52]


Bakıda mağazadan soyğunçuluq yolu ilə geyim əşyaları aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumaat görə, iyulun 5-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci Polis Şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR