Sabirabaddakı ağır qəza: 6 nəfər yaralandı - ADLAR

img

05-07-2019 [23:25]


Sabirabad rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə bu gün axşam saatlarında rayonun Şıxsalahlı kənd ərazisində baş verib.

İlkin məlumata görə, "Qaz-31” markalı avtomobillə "VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. 

Onlar Sabirabad rayon sakinləri, 1957-ci il təvəllüdlü Kazımov Lazım Hüseyn oğlu, 2002-ci il təvəllüdlü Qədirov Səmid İlqar oğlu, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu, Şirvan şəhər sakinəri, 2001-ci il təvəllüdlü Qarayev Ramal İlham oğlu, 2005-ci il təvəllüdlü Qədirov Rəşad Emin oğlu və 1987-ci il təvəllüdlü Baxşıyev İlkin Əli oğludur.

Dilqəm Vəliyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digər xəsarət alanlar ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib. 

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR