"Dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür" - İlham Əliyev

img

05-07-2019 [22:24]


"Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək".

Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilməsi zamanı məcbüri köçkünlərlə görüş zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Pirallahı rayonunda məcburi köçkünlər üçün gözəl evlər tikilib: "Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl hadisədir. Keyfiyyətli tikilib. Bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir. Son illərdə böyük işlər görülüb, həm Bakı şəhərində, həm də bütün bölgələrdə. Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür. Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm".

İlham Əliyev bildirib ki, əsas vəzifə ərazi bütövlüyümüzün bərpasıdır: "Məcburi köçkünlər üçün biz indi bu şəraiti yaradırıq. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlərimiz var və onların problemləri də gündəlikdədir. İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr salınır. Yüzdən çox qəsəbə salınıbdır və bu istiqamətdə bundan sonra da işlər aparılacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR