Putinin səlahiyyətli nümayəndəsinin köməkçisi həbs edilib - Xəyanət ittihamı ilə

img

05-07-2019 [19:09]


Rusiya prezidenti Vladimir Putinin Ural Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin köməkçisi Aleksandr Vorobyov Moskvada həbs edilib.

RİA "Novosti” xəbər verir ki, o, dövlətə xəyanətdə ittiham olunur. 

Məhkəmə A.Vorobyov barəsində cari il sentyabrın 4-dək həbs qətimkan tədbiri seçib. Məhkəmə qapalı rejimdə keçirilib. A.Vorobyov 2006-2008-ci illərdə yerli özünüidarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. 2010-2017-ci illədə Kalinqrad vilayəti hökumətində rəhbər vəzifə tutub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR