Hindistanın Azərbaycandakı səfiri Bakı Gənclər Mərkəzində olub

img

05-07-2019 [18:00]


Hindistanın Azərbaycandakı səfiri Bavintlunq Vanlalvavna və səfirliyin əməkdaşları Bakı Gənclər Mərkəzində (BGM) olublar.

BGM-dən Mia.az-a bildiriblər ki, səfirlik tərəfindən Mərkəzin elektron kitabxanasına Hindistanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətlərinin həyatı haqqında kitablar hədiyyə edilib.

Görüşdə BGM-in direktoru Rəvanə Həşimova diplomata və səfirliyin əməkdaşlarına Mərkəzin fəaliyyət istiqamətləri, burada yaradılan şərait barədə ətraflı məlumat verib.

Mərkəzin imkanlarını yüksək qiymətləndirən diplomat səfirliklə BGM arasında əməkdaşlıqdan məmnunluğunu qeyd edib, qarşılıqlı fəaliyyətin daha da dərinləşəcəyinə əminliyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR