Xırdalanda maşın qaçıran iki nəfər tutuldu

img

05-07-2019 [17:43]


Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini Ə.Məcidov iyunun 14-də şəhər ərazisindən "Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün polis əməkdaşları tərəfindən Masazır qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Ü.Zeynalov və S.Əliyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR