DİN, DTX və Dini Komitə Qaraçuxur məscidi ətrafında birgə reyd keçirib

05-07-2019 [17:33]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib.

Dövlət Komitəsindən Mia.az-a verilən məlumat görə, reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb.

İlkin baxış və araşdırma zamanı müvafiq icazəsi olmadan satılan, dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat ekspertiza üçün götürülüb. Fakt üzrə müvafiq araşdırma tədbirləri davam etdirilir.

Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.


SON XƏBƏRLƏR