Paytaxtda oğurluqla məşğul olan şəxslər saxlanılıblar.

img

05-07-2019 [17:21]


Paytaxtda oğurluqla məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, paytaxt sakinləri N.Hüseynzadənin və E.Bağırovun pulunu, mobil telefonunu və aksessuarlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları Binə qəsəbəsi ərazisində qəsəbə sakini S.Hacıyevin "VAZ-2105” markalı avtomobilindən 200 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən bir yeniyetməni yaxalayıblar.

İyunun 27-də paytaxt sakini olan bir qadının çantasından 438 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Bədəlova isə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR