İran Britaniyanı hədələdi: "Əgər tankerimiz buraxılmasa..."

img

05-07-2019 [17:19]


İranın İnqilab Keşikçiləri Korpusu Cəbəllütariq muxtar hökumətində saxlanılan və İran nefti daşıyan tankerlə bağlı insidentə cavab olaraq Londonu Britaniya gəmisini girov götürəcəyi ilə hədələyib.

Mia.az Reuters agentliyinə istinadla xəbər verir ki, İranın bu qurumunun təmsilçisi Mohsen Rezayi deyib: "Əgər Britaniya neft tankerini azad etməsə, o zaman biz də onların tankerini girov götürəcəyik”. 

Tehran Britaniyanın səfirini dəvət edərək ona insidentlə bağlı etiraz notası təqdim edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi də bildirib ki, tankerə xam neft İran limanında yüklənib.

Cəbəllütariq hökuməti isə bəyan edib ki, "Grace-1” tankeri şahidlərin iştirakı ilə yoxlanılıb və onun göyərtəsində heç bir kriminal fakt aşkar edilməyib. Hökumət sözçüsü qeyd edib ki, gəminin 28 nəfərlik heyəti Hindistan, Pakistan və Ukrayna vətəndaşlarından ibarətdir.

Bu insident İranla Qərb arasında onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR