Gəncədə mənzil oğruları tutuldu

05-07-2019 [15:40]

Gəncədə mənzildən oğurluq edən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Daşkəsən rayon sakini Rüfət Nəcəfov, Goranboy rayon sakini Valeh Ramazanov, Göygöl rayon sakini Pərviz Məmmədov və Gəncə şəhər sakini Zəka Qoyuyev mənzilə daxil olaraq oradan 500 manat nağd pul, 16 min 700 manat dəyərində qızıl-zinət əşyaları, 150 manatlıq mobil telefon və 40 manat dəyərində DVD aparatı oğurlayıblar.

Saxlanılan şəxslər və maddi sübutlar istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR