Fransada qeyri-adi hadisə: erkən banlayan xoruz məhkəməyə verildi

05-07-2019 [15:33]
Fransanın qərbindəki Şaranta departamentində erkən banlayan xoruzun məhkəməsi keçirilir.

Trend-in məlumatına görə, qonşuluqda yaşayan yaşlı cütlük Moris adlı xoruzu və onun sahibini məhkəməyə verib.

Onlar bildirir ki, uzun müddət həmin qadından xoruzla bağlı tədbir görməsini istəyiblər.

Cütlüyün vəkili 1000 avro məbləğində təzminat tələb edir. Qeyd olunur ki, məhkəmə sentyabrın əvvəlində qərar verəcək.


SON XƏBƏRLƏR