“Qarabağ”ın “Partizani”la oyununu islandiyalı hakimlər idarə edəcək

05-07-2019 [15:15]
"Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 10-da  "Partizani”la Albaniyada keçirəcəyi ilk oyunu islandiyalı hakimlər briqadası idarə edəcək. 

Mia.az xəbər verir ki, qarşılaşmanın referisi Torvaldür Arnasondur. Yohann Qunnar Qudmundssonla Andri Vigfusson yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim isə Pyotr Qudmundsson olacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


SON XƏBƏRLƏR