“Aska” ləqəbli kriminal avtoritet saxlanılıb

img

05-07-2019 [14:50]


Hacıqabul rayonunda "Aska” ləqəbli kriminal avtoritet saxlanılıb.

"Report”un Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində şəhərin Koroğlu küçəsi ev 18-də yaşayan, əvvəllər məhkum olunub, 1977-ci il təvəllüdlü Sevdimaliyev Asəf Adil oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan 305 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,626 qram narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanəlıb, araşdırma davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR