Moskva Gürcüstana qarşı yeni sansiyalara hazırlaşır

img

05-07-2019 [14:23]


Gürcüstanda çörəyin qiyməti arta bilər.

Bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.

Onun sözlərinə görə, Gürcüstana idxal olunan taxılın 90%-i Rusiyanın payına düşür: "Son hadisələr bir daha göstərdi ki, Gürcüstanın müxtəlif taxıl tədarükçüləri olmalıdır. Ölkə iqtisadiyyatının bütün sektorlarının Rusiya ilə sıx əlaqələri var. Bu, yüksək risklər yaradır. Turist embarqosu artıq tətbiq olunub. Növbəti qadağa şərab və ola bilsin ki, bir gün taxıla da qoyulacaq”.

L.Silaqava bildirib ki, Rusiyadan taxılın idxalına hələ rəsmən məhdudiyyətlər qoyulmayıb: "Lakin buna baxmayaraq, idxalçılar çatdırılmalarda gecikmələrlə bağlı problemlərlə üzləşirlər. Bu da, öz növbəsində, çörəyin qiymətinə təsir edə bilər”.

Assosiasiya rəhbəri qeyd edib ki, Gürcüstanda taxıl ehtiyatı olduğundan çörəyin qiymətinin yaxın gələcəkdə sabit qalacağı gözlənilir.

Qeyd edək ki, son günlər Gürcüstanda bəzi təndir sexlərində çörəyin qiyməti 10 tetri bahalaşıb. Son aylar qiyməti 90 tetri olan təndir çörəyi hazırda 1 lariyə təklif olunur/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR