Gömrükdə əməliyyat: 114 min siqaret tutuldu

05-07-2019 [11:42]
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Mia.az Komitəyə istinadla xəbər verir ki, İdarəyə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şossesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycana məxsus aksiz markası olmayan 114 000 ədəd "King" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR