Bakıda məhkəmə hakiminin 1700 manatlıq velosipedini oğurlayıblar

img

05-07-2019 [10:20]


Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Elxan Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Qurbanovun icraatına verilən iş üzrə hazırlıq iclası iyulun 18-də keçiriləcək.

Qeyd edək ki, bu ilin mart ayında Xətai rayonu, A.Cəlilov küçəsi ev 26 ünvanında dəyəri 1700 manat olan velosiped oğurlanıb.

Velosipedin sahibi, 1969-cu il təvəllüdlü İmanov Azad Nizami oğlu bu barədə polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, velosiped zəncirlənmiş vəziyyətdə olub və zəncir qıfılını qıraraq velosipedi oğurlayıblar.

Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.

Onun başqa oğurluq hadisələri törətməsi də müəyyənləşib. Cinayət işi üzrə 4 zərərçəkən var. E.Mansurova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, oğurlanan velosipedin sahibi A.İmanov Bakı Apelyasiya Məhkəməsinin hakimidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR