“Nar” gənc şahmatçılara dəstək olur

img

04-07-2019 [23:24]


Uşaqların məntiqi təfəkkürünün inkişafına töhfə vermək məqsədilə "Nar” iyulun 2-dən 10-dək Bakıda baş tutan Şahmat üzrə Bakı yay festivalı çərçivəsində keçiriləcək uşaq turnirinə dəstək olur.

Mia.az xəbər verir ki, turnirə 74 şahmatçı qeydiyyata alınıb. 

Yeddi tur İsveçrə sistemi üzrə yarışın nəticələrinə görə, qaliblər həm pul mükafatı, həm də "Nar”dan xüsusi mükafatlar qazanacaqlar.

Festivalda şahmatçılar 5 müxtəlif turnirdə mübarizə aparacaqlar. "Bakı yay festivalı” çərçivəsində Azərbaycanda ilk dəfə beynəlxalq qrossmeyster və beynəlxalq usta normalı paralel yarışlar da keçiriləcək. Yarışda 14 Azərbaycan və Gürcüstan, İran, Türkiyə, Rusiya, İraq və Belarusda da daxil olmaqla, 10 xarici şahmatçı iştirak edəcək. Start siyahıda 6 qrossmeyster, 4 beynəlxalq usta və 9 FIDE ustası yer alıb.

"Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, müxtəlif sosial layihələr həyata keçirir. 

"Nar”ın KSM strategiyası haqqında daha ətraflı www.nar.az saytından əldə edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR