Müğənni Şəbnəm Tapdığın adı ilə bağlı qalmaqal böyüyür

04-07-2019 [16:48]
Mərhum şair İlyas Tapdığın qızı, müğənni Şəbnəm Tapdığın adı ilə bağlı qalmaqal böyüməkdə davam edir.

Mia.az xəbər verir ki, müğənni "Şəbnəm” adında olan tanınmış şəxslərin hamısının öz adlarını dəyişməsini tələb edir.  O, həttamüğənni Şəbnəm Qəhrəmanova ilə bağlı polisə müraciət edib

İndisə aydın olur ki, Ş.Tapdıq Müəllif Hüquqları Agentliyinə və Milli Televiziya və Radio Şurasına da müraciət edib.

Agentlik artıq müraciətlə bağlı araşdırmaya başlayıb. 

Müğənni Ş.Tapdıq MTRŞ-a göndərdiyi ərizəni də paylaşıb. 

Ərizədən belə anlaşılır ki, Ş. Tapdıq həqiqətən MTRŞ-a müraciət edərək adaşlarının efirə buraxılmamağını xahiş edib: "Xahiş edirəm, Şəbnəm Tapdığın adını daşıyan yeni üzə çıxan ifaçılar "Şəbnəm" adı ilə televiziya və radio kanallarda özlərini səhnə təxəllüsü ilə reklam etsinlər”.


SON XƏBƏRLƏR