Prezident texniki yardım və qrantlarla bağlı fərman verdi

04-07-2019 [16:39]

Prezident İlham Əliyev "Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında”  fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus müəssisələrin rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verir.

Sazişi imzalamaq səlahiyyəti Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanının və dövlətə məxsus müəssisənin rəhbərinə verilir.



SON XƏBƏRLƏR