"İndicə Musa Yaquba zəng vurdum, dedi ki..." - Sabir Rüstəmxanlı

04-07-2019 [15:51]
"İndicə xalq şairi Musa Yaquba zəng vurdum. Səsi gur və saglam idi".

Mia.az xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, Musa Yaqub yenə ənənəvi sualını verib: "Dedi ki, bəs nə vaxt gəlirsən? 

Məlum oldu ki, bu arada cəmi bircə dəfə tələsdiyimdən ona baş çəkmədən keçib Zaqatalaya getdiyimi bilir. 

"Bu istidə niyə oturmusan şəhərdə? Gəl bir dərdləşək", - deyib məni tələsdirdi. "Sonra mən müalicəyə getməliyəm, gəlib məni tapmazsan", -  deyib güldü. 

Səsindən Babadağ havası vururdu...

Babadağ durduqca bu səs də yaşayacaq...".

Mia.az


SON XƏBƏRLƏR