Ağcabədi sakini 7 kq narkotiklə tutuldu

img

04-07-2019 [15:27]


Ağcabədi rayonunda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.

DİN-dən Mia.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Avşar kəndi ərazisində yerli sakin Vahid Siyafət oğlu Baxşəliyevi saxlayıb. Onun üzərindən bir kibrit qutusunda qurudulmuş marixuana aşkar edilib. 

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı mənzildən 7 kq-a yaxın qurudulmuş marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR