"Evdə müalicə alıram" - Musa Yaqub danışdı

04-07-2019 [15:14]

"Hazırda səhhətim normaldır, evdəyəm".

Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Xalq şairi Musa Yaqub deyib.

O bildirib ki, müalicəsi ev şəraitində davam etdirilir: "Mən İsmayıllı rayonunun Buynuz kəndindəki evimdəyəm. Müalicələrim davam edir. Evdə müalicə alıram".

Qeyd edək ki, M.Yaqub uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir.



SON XƏBƏRLƏR