Lempard 13 il formasını geyindiyi “Çelsi”yə baş məşqçi kimi döndü

04-07-2019 [14:16]
Frenk Lempard 2014-cü ilədək 13 il formasını geyindiyi "Çelsi"yə baş məşqçi təyin olunub.

Mia.az xəbər verir ki, London klubu Lempardla 3 illik müqavilə imzalayıb. 

Lempard Böyük Britaniya mətbuatına açıqlamasında "Çelsi”yə qayıtdığı üçün xoşbəxt olduğunu və burada böyük uğurlar qazanmaq istədiyini bildirib:

""Çelsi”yə baş məşqçi kimi qayıtdığım üçün çox sevinirəm. Hər kəs bu kluba olan sevgimi və burada olarkən necə tarix yazdığımızı bilir. Bura uğurlar qazanmaq üçün gəlmişəm. İşimə başlamağa səbirsizlənirəm”.



SON XƏBƏRLƏR