Gürcüstanın müxalifət liderləri istintaqda ifadə verməkdən imtina ediblər

img

04-07-2019 [15:47]


Gürcüstanın müxalifət partiyalarının liderləri Giqi Uqulava, Gia Baramidze və İrakli Okruaşvili Daxili İşlər Nazirliyinə (DİN) dindirilməyə çağırılıblar.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, hər üç müxalifət lideri dindirilməyə gəlməkdən imtina ediblər. DİN həmin şəxslərin hakim qarşısında dindirilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Müxalifətçilər iyunun 20 və 21-də Tbilisidə keçirilən etiraz aksiyası ilə bağlı Cinayət Məcəlləsinin kütləvi zorakılığın təşkili maddəsi üzrə aparılan istintaqla bağlı dindirilməyə çağırılıblar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR